Qazi atasının şikayətinə Cəlilabad İcra Hakimiyyətindən faktlarla cavab


  • 18:56 / 18 02 2022 |
  • Bölmə: Sosial / Şikayət


"Çingiz Təhməzov ayrı-ayrı vaxtlarda rayon icra hakimiyyətinin başçısı tərəfindən dəfələrlə qəbul edilmiş, həmçinin vəziyyəti nəzərə alınaraq ona bir neçə dəfə maddi yardım göstərilmişdir. Oğluna isə həyətyanı torpaq sahəsi təhkim olunmuş və ilkin sənədləşmə işlərinə başlanılmışdır. Çingiz Təhməzov və hayat yoldaşı Yazgül Təhməzovanın sənədləri ƏSMM yanında Tibbi-Sosoal Ekspert komissiyasına göndərilmiş, özü əlillik meyarlarına uyğun gəlməmiş, lakin yoldaşına pensiya təyin olunmuşdur". 


Bu açıqlama "Rupor"un sorğusuna cavab olaraq redaksiyamıza Cəlilabad Rayon İcra Hakimiyyətindən daxil olub.

Qeyd edək ki, 1-ci Qarabağ Müharibəsi veteranı Çingiz Təhməzov sosial şəbəkədə şikayət edərək bildirib ki, Vətən müharibəsində qazi olan oğlunun səhhəti və sosial vəziyyəti ilə Cəlilabad rayonunda heç bir qurumun maraqlanmır.  
 
“Oğlum Zeynalov Coşqun Çingiz oğlu Vətən Müharibəmizdə canla-başla döyüşüb və Prezidentimiz tərəfindən 4 medal və fəxri mükafat ilə təltif olunub. Lakin bu gün onun səhhəti və dolanışığı ilə demək olar ki, maraqlanan yoxdur. Ağır travma alıb amma nə xəstəxana, nə də İcra Hakimiyyəti bizə köməklik edir. Yalan vədlər verərək bizi yola verirlər, ortada da heç bir şey yoxdur” - ata belə deyir və vurğulayır ki,  evləri də qəzalı şəraitdədir və dövlət tərəfindən onlara verilən torpaqla hələ də təmin olunmayıblar. 

İcra Hakimiyyətinin cavabından isə belə məlum olur ki, həmin ailəyə həm maddi, həm mənəvi, həm də sosial xarakterli diqqət və qayğı göstərilib və bu yanaşma davam edir. 

Rəsmi cavabdan oxuyuruq:

"Keçən illərdə yollarına rayon icra hakimiyyəti tərəfindən qum-çınqıl materialı tökülərək normal vəziyyətə gətirilmişdir. Gələcəkdə investisiya proqramında yollarının əsaslı təmir olunması plana salınmışdır. Çingiz Təhməzovun oğlu Coşqun Zeynalov "Məşğulıluq" altsistemində işaxtaran kimi qeydiyyatdadır,lakin yalnız Cəlilabad rayon Mərkəzi Xəstəxanasında mühafizə xidmətində işlə təmin olunmaq istədiyini qeyd etmişdir. Hələki Coşqun Zeynalova "Məşğulluq" altsistemində vakansiya bankından istəyinə uyğun iş təklif etmək mümkün olmamışdır.Əlavə olaraq bildiririk ki, vətəndaş Çingiz Təhməzov özü ötən ildən Dost İş Mərkəzində işlə təmin edilmişdir".

Nəcməddin Quluzadə 





Oxşar xəbərlər