“Sabunçu rayon Məhkəməsi və onun hakimləri Rəsul Quliyevin oyuncağına çevrilib” – Keçmiş deputatdan sərt sözlər


  • 11:00 / 19 05 2022 |
  • Bölmə: Sosial / Hadisə

 
İddiaçılar Əliyeva Lətifə Əliağa qızı, Camalov Əminağa Əliağa oğlu və Camalov Həmidağa Əliağa oğlu uzun müddətdir məhkəmə süründürməçiliyi ilə üz-üzə qalıblar. 

Bununla bağlı “Rupor” daxil olan şikayətdə bildirilir ki, avabdeh İbrahimov Ağasif Şakir oğluna qarşı "daşınmaz əmlaka hüququların bərpa olunması və maneələrin aradan qaldırılması" tələbinə dair iddia  ərizəsi ilə ötən ilin sentyabrında Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət olunmuş və iş hakim Əşir Səmədovun icraatına verilmişdir. İlk məhkəmə prosesləri cavabdehin məhkəmə iclasına gəlməməsi səbəbindən təxirə salınmışdır. Bundan sonra məhkəmə prosesi Əşir Səmədovun səhhətində yaranmış problemlə əlaqədar təxirə salınmış, daha sonra Əşir Səmədovun məzuniyyətdə olması səbəbindən iş hakim Tahirə Əsədovanın icraatına verilmişdir. 

T. Əsədovanın sədrliyi ilə bir neçə məhkəmə iclası keçirilmiş və nəhayət sonuncu məhkəmə iclası 28.04.2022-ci il tarixə saat 10:50-yə təyin edilmişdir. Məktubda qeyd olunur:

“Göstərilən unan tarixdə və saatda Lətifə Əliyevanın vəkili Tural Hüseynov və Camalov Əminağa və  Camalov Həmidağanın vəkili Tofiq Aslanov, eyni zamanda cavabdeh Ağasif İbrahimov və onun vəkili Tural Alıyev məhkəmə iclasında olmuş, məhkəmə iclası təyin edilən vaxtdan 30 dəqiqə gec başlamış və məhkəmə iclasında hakim Tahirə Əsədova Lətifə Əliyevanın vəkili Tural Hüseynova işin hakim Əşir Səmədova geri qaytarıldığını bildidmişdir. Həmin vaxta qədər işin geri hakim Əşir Səmədovun icraatına qaytarılması ilə bağlı bizdə hər hansı məlumat olmamşdır. Prosesdən sonra məhkəmənin girişindəki telefon vasitəsilə hakim Əşir Səmədovun otaq nömrəsi ilə əlaqə saxlanılmış və 2(008)-490/2022 nömrəli işin məhkəmə iclasının hansı tarixə təyin edildiyi sual edilmiş və otaqdan cavab olaraq işin hələ təyin edilmədiyi bildirilmişdir. Eləcə də, həmin vaxt, hətta indi belə e-məhkəmə sistemində 2(008)-490/2022 nömrəli iş hakim Tahirə Əsədovanın icraatında göstərilir”. 

Şikayət məktubunda vurğulanır ki, 10.05.2022-ci il tarixdə e-məhkəmə sisteminə 2(008)-490/2022 nömrəli işin baxılmamış saxlanması haqqında Qərardad yüklənmişdir. (hakim Əşir Səmədov) Qərardadın qəbul olunmasına səbəb kimi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin məhkəmə iclasına gəlməməsi və işə onların iştirakı olmadan baxılmasını da xahiş etməmələri göstərilmişdir:

“Göründüyü kimi, vəkillərimizin məhkəmə iclası təyin olunan tarixdə və saatda məhkəmədə olmasına baxmayaraq və onlara prosesin keçirilməsi ilə bağlı yalnış məlumat verilməsinə baxmayaraq məhkəmə işi baxılmamış saxlanılmışdır. Başqa sözlə desək, hazırkı qərardadın qəbul olunmasının səbəbi, məhkəmənin iki hakimi arasında koordinasiyanın düzgün qurulmaması və tərəflərin lazımı qaydada məlumatlandırılmaması olmuş, lakin buna baxmayaraq hakim Əşir Səmədov heç bir əsas olmadan bizim məhkəmə iclasına gəlməməyimiz bəhanəsi ilə hüquqlarımızın kobud şəkildə pozulması ilə nəticələnən qərardad qəbul etmişdir”. 

İddiaçılar bildirilər ki, bir ilə yaxındır ki, məhkəmə prosesi davam etsə də, pozulmuş mülkiyyət hüquqlarının bərpası istiqamətində məhkəmə hər hansı iş görməmiş, əsassız səbəblərdən dəfələrlə məhkəmə iclaslarını təxirə salmışdır:

“Pozulmuş mülkiyyət hüquqlarımızın bərpası üçün məhkəmə müraciət etməyimizə baxmayaraq, məhkəmə özü bu pozuntunun davamlı olması üçün bizə müxtəlif menaələr yaratmışdır”. 

Xatırladaq ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zağulba şosesi 2, 3 və 9 ünvanlarında yerləşən Əliyeva Lətifə Əliağa qızıCamalov Əminağa Əliağa oğlu və Camalov Həmidağa Əliağa oğluna məxsus mülklər məhkəmənin qərarı ilə  İbrahimov Ağasif Şakir oğluna verilib. İddiaçılar isə bu qərarın kökündən yanlış olduğunu, onlara məxsus mülklər barədə çıxarılan qərarın böyük məhkəmə saxtakarlığı olduğunu bildirirlər. Bu iddia ilə müxtəlif instansiya məhkəmələrinə müraciət olunsa da məsələ hələ də həllini tapmamış qalır. 

İddiaçıların yaxın qohumu, keçmiş deputat Qalib Salahzadə üzləşdikləri saxtakarlıqla bağlı mətbuatda dəfələrlə açıqlamalar verib. Onun sözlərinə görə İbrahimov Ağasifin arxasında keçmiş spiker, hazırda ABŞ-da mühacir həyat yaşayan Rəsul Quliyev dayanır.
Onu da qeyd edək ki, A.İbrahimov Gələcək Azərbaycan Partiyasının sədridir və bu partiyanı R.Quliyevi yaradıb. Qalib Salahzadə “Rupor”a açıqlamasında Azərbacan dövlətinə qarşı  daim radikal müxalifət mövqeyində olan R.Quliyevin arxasında yüksək vəzifəli şəxslərin dayandığını deyir: 

Rəsul Quliyev Azəraycan xalqına, dövlətinə qarşı düşmən mövqeyində olan bir insandır. İndi necə olur ki, yüksək vəzifəli məmurlar onun arxasında dayanırlar. Sözügedən mülklərin ümumi qiyməti 26 milyon manatdır. Həmin məmurlar Rəsulun əli ilə bizim mülklərimizi əlimizdən alıb həmin vəsaitə sahiblənmək istəyirlər. Bu barədə hakim də mənə dedi ki, belə sxata qərarlar çıxarmağı olnalar Prezident Administrasiyasından göstəriş veriblər. Belə olmasaydı, məhkəmə süründürməçiliyə yol verməzdi ki?.. Ancaq dəfələrlə demişəm, bir də təkrar ediərm, biz mübarizəmizi sona qədər aparacağıq. Mən dövlətçi adamam və hamı da bilir ki, Prezidentim, dövlətim üşün canımdan keçərəm. Biz min bir əziyyətlə, başda ulu ondər Heydər Əliyev, cənab Prezident İlham Əliyev, çox hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müdrük siyasəti nəticəsində hüquqi dövlətə sahib olmuşuq. İmkan verə bilmərik ki, bizim dövləti Tahir Əsədov, Əşir Səmədov kimi hakimilər, Rəsul Quliyev kimi saxtakarlar, onun arxasında dayanan rüşvətxor məmurlar gösdən salsınlar, xaosa sürükləsindlər. Bütün sənədərdə aydın şəkildə göstərilir ki, mülklər bizim qohumlara aiddir. Bu qədər də açıq saxtakarlıq etmək olar? Sabunçu rayon Məhkəməsi və onun hakimləri Rəsul Quliyevin oyuncağına çevrilib. Bunu nə Allah götürər, nə bədə, nə ədalət. Biz bu işin ədalətli həllinə mütləq nail olacağıq”. 

Anar İsaoğlu 
 



Oxşar xəbərlər