Bakının bu hissələrində su olmayacaq
- 10:11 / 19 05 2022 |
- Bölmə: Sosial
Bu gün ərzində Müşfiqabad, 28 May və Qaraheybət qəsəbələrinə içməli suyun verilməsində məhdudiyyət yaranacaq.Bu barədə “Azərsu” ASC-dən
“Rupor”a məlumat verilib.
Bildirilir ki, bu, magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədardır.