Mərhum doğmasının qəbrinə basdırıldı, müzakirə yarandı


  • 18:01 / 24 05 2022 |
  • Bölmə: Sosial / Hadisə


İki nəfərin bir qəbirdə dəfni dini baxımdan düzgün deyil. Bəli, bu gün Bakıda qəbir yerləri ilə bağlı çətinliklər və problemlər var. Amma yer azlığı meyitlərin üst-üstə dəfn olunmasına əsas vermir.

"Rupor" xəbər verir ki, bu sözləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, ilahiyatçı Ceyhun Məmmədov Teleqraf.com-a müsahibəsində deyib.

O, son günlər bəzi şəxslərin nəşinin doğmasının qəbrinin açılaraq, ora dəfn edilməsinə qarşı çıxıb:

“Dəfnin “mütləq bu formada olmalıdır” deyə, xüsusi bir qaydası yoxdur. Əsas odur ki, dəfn şəriət qaydalarından kənara çıxmadan həyata keçirilsin. Tövsiyə oluna bilər, amma bunun nə dərəcədə düzgün olması məsələnin başqa tərəfidir.

Ola bilər, kimsə öz yaxınını - atasını, anasını, övladını çox istəsin və vəsiyyət etsin ki, onu eyni məzarda dəfn etsinlər. Amma burada dinin tələb və şərtləri nəzərə alınmalıdır”.



Oxşar xəbərlər