Xanım vəkillər kişi vəkillərdən 7 dəfə azdır


  • 11:20 / 25 05 2022 |
  • Bölmə: Sosial


"Biz hər şey ideal olduğunu idda etmirik, amma bu problemləri bilir və həll etməyə çalışırıq. Ən böyük problemimiz gənclərin vəkilliyə üz tutmaması idi. Vəkillik üçün müraciət edənlərin sayı artır. Buna da səbəb qanunların aliliyi və vəkillərin fəaliyyətinə verilən dəstək, qayğıdır. Biləsiniz ki, bu gün başqa ölkələrdə Azərbaycanda vəkillərin fəaliyyəti və yaradılan tədris mərkəzləri nümunə götürülür".


"Rupor" xəbər verir ki, bu fikirləri Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov mətbuat konfransında deyib. 

O bildirib ki, hazırda vəkillərin sayı 2 135 nəfərdir, onlardan 300 nəfəri xanımdır. 

Anar Bağırov mətbuat konfransında daha sonra bildirib: "Vəkillər Kollegiyasının Rəyasət Heyətinə rəhbər seçiləndə rayonlardan vəkillər mənə zəng edirdilər ki, pul ala bilmirik. Amma mən bunu prioritet məsələ kimi qarşıya qoydum və həll etdim. Bu gün heç bir vəkil belə söhbətlər etmir. Monitorinqlər aparırıq, vəkillərin problemləri ilə maraqlanırıq və onların müsbət fəaliyyətini dəstəkləyirik. Bizə əsas vacib olan vəkillərin vətəndaşların hüquqlarını müdafiə etməsidir. Bu gün bu sahədə korrupsiya şəraiti tamamilə aradan qaldırılıb".  





Oxşar xəbərlər