Sabahın hava proqnozu açıqlandı


  • 12:28 / 28 05 2022 |
  • Bölmə: Sosial / Hadisə


Bakıda və Abşeron yarımadasında mayın 29-da hava şəraiti əsasən yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən “Rupor”a verilən məlumata görə, cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 22-27° isti olacaq. Bakıda gecə 14-16° isti, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq



Oxşar xəbərlər