Peyvənd olunanların sayı açıqlandı


  • 16:58 / 22 06 2022 |
  • Bölmə: Sosial / Hadisə


Azərbaycanda son sutkada 1 5234 nəfər vaksinasiya olunub.

“Rupor” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 260, ikinci doza vaksinləri sayı 189-dur.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 941-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 133 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 756 444, birinci doza peyvəndlərin ümumi sayı 5 352 733, ikinci doza vaksinlərin sayı 4 852 614 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 302 691, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 248 406 olub.



Oxşar xəbərlər