Paytaxt yollarında sıxlıq: 40-dan çox avtobus gecikir


  • 19:58 / 22 06 2022 |
  • Bölmə: Sosial / Hadisə


Hazırda paytaxtın bir sıra küçə və prospektlərində müşahidə olunan nəqliyyat sıxlıqları və tıxac müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət intervalında gecikmələrə səbəb olmaqdadır.

Bu barədə "Rupor"a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Vahid Dispetçer Xidmətinin axşam pik saatlarına olan məlumatına əsasən şəhər mərkəzi və ətraf qəsəbələri əhatə edən 20 əsas istiqamət üzrə müşahidə olunan nəqliyyat sıxlığı və tıxac səbəbindən 40-dan artıq müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət intervalından 10-15 dəqiqə və daha artıq gecikmələr yaranıb.

Məlumata görə, intervallardakı gecikmələr dayanacaq məntəqələrində sərnişinlərin uzunmüddətli sərnişin sıxlıqlarının yaranmasına səbəb olmaqdadır.

Belə ki,

1. Yusif Səfərov küçəsi-Heydər Əliyev prospekti istiqamətindəki sıxlıq səbəbdən də həmin ərazidən keçən 1, 2, 4, 10, 21, 30, 32, 46, 49 və 175 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 11-13 dəqiqə gecikmə müşahidə olunur.

2. Xocalı prospekti Yusif Səfərov küçəsi istiqamətindəki sıxlıq isə 4, 10, 21, 30, 32, 46 və 49 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqəyə gecikmə yaradır.

3. Mikayıl Useyinov küçəsi Azneft meydanı istiqamətində sıxlığa görə 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 11-15 dəqiqəyə gecikmə müşahidə olunur.

4. Nəqliyyat sıxlığı Həsən bəy Zərdabi küçəsində 20 Yanvar dairəsi istiqamətində və diarə ətrafında hərəkət edən 7B, 9, 14, 18, 29, 114A, 114B, 194, 205 və 211 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 13-17 dəqiqəyə yaxın gecikməyə səbəb olub.

5. Bakı-Sumqayıt şossesində-Şəhər istiqamətində, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından 20 Yanvar dairəsi istiqamətində Moskva prospektindəki sıxlıq 2, 7A, 13, 14, 18, 96, 114A, 114B, 119 və 135 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 12-16 dəqiqəyə gecikmə yaradır.

6. Abdulla Şaiq küçəsi İnşaatçılar prospekti istiqamətində olan sıxlıq nəticəsində 3, 17, 14, 37 və 96 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə müşahidə olunur.

7. Abbasqulu ağa Bakıxanov küçəsi-Türkiyə səfirliyi istiqamətində də nəqliyyat sıxlığı var. Bu səbəbdən də həmin ərazidən keçən 3 və 17 N-li müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 12-14 dəqiqəyə gecikmə müşahidə olunur.

8. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda da 20 Yanvar dairəsi istiqamətində sıxlıq müşahidə olunur. Bu səbəbdən də həmin ərazidən keçən 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 13-17 dəqiqəyə yaxın gecikmə müşahidə olunur.

9. Zabrat Şossesi-Maşdağa istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 10-13 dəqiqəlik gecikmə var.

10. Abdulvahab Salamzadə küçəsi-Ziya Bünyadov prospekti istiqamətində sıxlığa görə 7A, 7B, 61, 67, 83, 199 və 211 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslar 11-15 dəqiqəlik gecikmə ilə hərəkət edir.



Oxşar xəbərlər