Köçkünlərə yurdlarına qayıdandan sonra evlərini tikməyə şərait yaradılacaqmı? - Rəsmi cavab


  • 09:30 / 23 06 2022 |
  • Bölmə: Sosial / Hadisə


"Azərbaycanda mövcud qanunvericilik var. İşğaldan azad olunmuş ərazilərdə də vaxt gələndə mövcud qanunların tətbiqi mexanizmi müəyyənləşəcək. Ola bilər ki, müəyyən dəyişikliklər olsun".

"Rupor" xəbər verir ki, bu fikirləri Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov APA-ya müsahibəsində deyib.  

Bizdə özəlləşdirmə prosesi və özəlləşdirmə haqqında qanunlarun Ermənistanın torpaqlarımızı işğal etdikdən sonra həyata keçirildiyini deyən xüsusi nümayəndə faktiki olaraq o bölgələrdən köçkün düşmüş soydaşlarımızın əlində mülkiyyət sənədlərinin olmadığını da xatırladıb: 

"Amma onların mənəvi hüquqları var. Dövlət keçmiş məcburi köçkün soydaşlarımızın həm mülkiyyət hüququnun, həm də pay torpağı hüququnun təmin olunması ilə bağlı öhdəliyini yerinə yetirəcək. Sadəcə, bunun mexanizmlərinin necə olacağı, nə zaman baş verəcəyi ilə bağlı hazırda müzakirələr gedir. Zamanı gələndə bununla bağlı xüsusi təkliflər, təşəbbüslər müzakirə olunacaq və nəticə geniş ictimaiyyətə də təqdim ediləcək".

Emin Hüseynov "İşğaldan azad edilmiş ərazilərə qayıdacaq məcburi köçkünlərin bir hissəsi özləri evlərini yenidən tikərək yaşamaq istəyir. Bu şəxslərin evlərini bərpa etməsi, yaxud Baş plana, müfəssəl plana uyğun özlərinə ev tikməsi üçün şərait yaradılması nəzərdə tutulurmu?" sualına da beə cavab verib: 

"Belə plan var. Bu istiqamətdə müzakirə gedir".


Anar 



Oxşar xəbərlər