Bakıdan Füzuliyə marşrut açıldı - Video


  • 07:23 / 25 06 2022 |
  • Bölmə: Sosial


Qarabağ bölgəsinə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi çərçivəsində bu gündən Bakı – Füzuli – Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu istifadəyə verilib.

"Rupor" xəbər verir ki, reyslərin həftədə bir dəfə olmaqla, şənbə günləri təşkil edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, ilkin mərhələdə sərnişinlər Merdinli kənd məscidi, Füzuli şəhər mərkəzi və Füzuli Beynəlxalq Hava Limanını ziyarət edə biləcəklər.

Növbəti mərhələdə isə İbə piri, Qaraməmmədli bulağı, Qarğabazar Karvansaray kompleksi və Dövlətyarlı kəndinə də (Ağıllı kənd) getmək mümkün olacaq. Dini, mədəni və tarixi abidələri ziyarət edərkən vətəndaşları bələdçilər müşayiət edəcəklər.






Oxşar xəbərlər