
Türkiyə Milli Müdafiə Nazirliyi 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
"Rupor'" xəbər verir ki, bu barədə nazirliyin tviter səhifəsində paylaşım edilib.
Paylaşımda daha sonra bildirilir: “Tək Vətən əməliyyatında qəhrəmancasına və fədakar mübarizəsi ilə Qarabağdakı torpaqlarını işğaldan azad edərək bütün dünyaya qüdrətini göstərən, bizləri qürurlandıran Azərbaycan Silahlı Qüvvələrinin bu əlamətdar gününü təbrik edir, qardaşlarımızı könüldən salamlayırıq”.

