Batman şəhərində Qarabağ parkı açılacaq


  • 16:57 / 27 06 2022 |
  • Bölmə: Sosial / Hadisə


İyunun 30-da Türkiyənin Batman şəhərində Qarabağ parkı açılışı olacaq.

“Rupor” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Azərbaycanın Qarabağ Zəfərinə həsr olunan parkın sahəsi 15 397 m² təşkil edir.

Azərbaycan mədəniyyətinin izlərini daşıyan parkın açılışında xalq artisti Azərin “Çırpınırdın, Qara dəniz” ifası ilə çıxış edəcək. Açılışa Batman bələdiyyəsi rəsmiləri və Azərbaycan nümayəndələri qatılacaq.



Oxşar xəbərlər