Evdəki yanğında kiçik yaşlı əkizlər öldü


  • 10:53 / 29 06 2022 |
  • Bölmə: Sosial / Hadisə


Bakıda evdə yanğın zamanı azyaşlı vəfat edib.

"Rupor" APA xəbər verir ki, Kürdəxanı qəsəbəsində baş verən yanğında əkiz bacılar - 2021-ci il təvəllüdlü Fatimə və Zəhra Abbasovalar yanıq xəsarətindən ölüblər.

Hadisə zamanı 2019-cu il təvəllüdü Zərifə Abbasova, 2020-ci il təvəllüdlü Atilla Abbasov, 1998-ci il təvəllüdlü Hamiyə Abbasova, Rövşən Abbasov və Qafar Abbasov yanıq xəsarətləri alıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerində cəlb olunub və yanğın söndürülüb.




Oxşar xəbərlər