
Bakıda evdə yanğın zamanı azyaşlı vəfat edib.
"Rupor" APA xəbər verir ki, Kürdəxanı qəsəbəsində baş verən yanğında əkiz bacılar - 2021-ci il təvəllüdlü Fatimə və Zəhra Abbasovalar yanıq xəsarətindən ölüblər.
Hadisə zamanı 2019-cu il təvəllüdü Zərifə Abbasova, 2020-ci il təvəllüdlü Atilla Abbasov, 1998-ci il təvəllüdlü Hamiyə Abbasova, Rövşən Abbasov və Qafar Abbasov yanıq xəsarətləri alıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerində cəlb olunub və yanğın söndürülüb.
