Özbəkistanın axtardığı şəxs Bakıda tutuldu


  • 11:26 / 29 06 2022 |
  • Bölmə: Sosial


Özbəkistan dövləti tərəfindən barəsində beynəlxalq axtarış elanı verilən şəxs Bakıda saxlanılıb.

“Rupor” xəbər verir ki, Özbəkistan Cinayət Məcəlləsinin 268-ci (Dələduzluq) maddəsi ilə dövlətlərarası axtarışa verilmiş 1985-ci il təvəllüdlü Otobek İzzatoviç Akhmadov Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb.

O, sonrakı araşdırmaların aparılması üçün Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilib.

Araşdırmalar davam etdirilir.




Oxşar xəbərlər