Diplomatlar Həkəri çayına balıq buraxdılar - Fotolar


  • 13:42 / 29 06 2022 |
  • Bölmə: Sosial


Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələrinin və ekspertlərin Zəngilana səfəri başlayıb.

"Rupor" "Report"a istinadən xəbər verir ki, qonaqlar əvvəlcə körpə forelləri Həkəri çayına buraxıblar.

Qonaqlara işğal illərində ciddi ziyan dəymiş rayonun ekologiyasının və biomüxtəlifliyinin bərpası istiqamətində görülən işlər barədə məlumat verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib ki, qızılxallı forel “Qırmızı kitab”a salınıb: “Bugünkü aksiya onların bütün ölkə üzrə sayının artmasına səbəb olacaq”.

O bildirib ki, bu gün üç minə yaxın körpə forel Həkəri çayına buraxılacaq: “Bu tədbir artıq ənənə halını alıb”.

Onun sözlərinə görə, bu, yerli şəraitə ən çox uyğunlaşan forel növüdür.

Diplomatlar və beynəlxalq təşkilatların üzvləri daha sonra Zəngilanda yerləşən Ağalı “ağıllı kəndi” ilə tanış olacaq və burada keçiriləcək “Su ehtiyatlarının dayanıqlı idarə olunması üzrə tərəfdaşlıq və fəaliyyətə dəstək” mövzusunda beynəlxalq konfransda iştirak edəcəklər.






Oxşar xəbərlər