Bakı Ayaqqabı Fabrikinin rəhbəri dəyişdi


  • 12:11 / 30 06 2022 |
  • Bölmə: Sosial


"Azərbaycan Sənaye Korporasiyası" ASC-ə məxsus "Bakı Ayaqqabı Fabriki" ASC-nin direktoru İlham Bağırov işdən çıxıb.

"Rupor" xəbər verir ki, səhmdar cəmiyyətinə rəhbərlik Anar Dadaşova həvalə edilib.

Xatırladaq ki, "Bakı Ayaqqabı Fabriki" 2018-ci ildən fəaliyyət göstərən "ASK Ayaqqabı Fabriki" MMC-nin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 7 851 794 manatdır. Şirkət adından da göründüyü kimi ayaqqabı istehsalı ilə məşğuldur.




Oxşar xəbərlər