Bir gündə yol qəzalarında 9 nəfər ölüb


  • 09:54 / 02 07 2022 |
  • Bölmə: Sosial


İyulun 1-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 45-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 9-nun açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

- Axtarışda olduğuna görə ümumilikdə 47, o cümlədən borclu şəxs qismində axtarışda olan 34 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

- Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 9 nəfər ölüb.

- Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

- Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.(Report)



Oxşar xəbərlər