19 ildə 23 mindən çox cinayətkar zərərsizləşdirilib


  • 15:02 / 02 07 2022 |
  • Bölmə: Sosial


Son 19 ildə 23 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib.

"Rupor" xəbər verir ki, bunu iyulun 2-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan Polisi Gününə və 2021-2022-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasimdə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov deyib.

Qeyd olunub ki, həmçinin əllərdə qanunsuz saxlanılan 18 minə yaxın odlu silah yığılıb və onun tətbiqilə törədilən hüquqazidd əməllərin sayı xeyli azalıb. Cinayətlərin orta hesabla 84 faizinin açılması təmin olunub, axtarışda olan 62 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 17 tona yaxın narkotik vasitə çıxarılıb. Respublikada əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı bu gün də əksər dünya ölkələri ilə müqayisədə xeyli azdır.






Oxşar xəbərlər