Xırdalanda yaşayış binasında partlayış - VİDEO


  • 22:49 / 03 08 2022 |
  • Bölmə: Sosial / Hadisə


Xırdalanda yaşayış binasında partlayış baş verib.

Qaz sızması nəticəsində baş verən artlayışla bağlı Fövqəladə Hallar Nazirliyi Xırdalanda baş verən partlayışla bağlı məlumat yayıb.

Nazirlikdən “Ruor”a verilən xəbərə görə, qurumun "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verməsi barədə məlumat daxil olub.

Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub.
Əlavə məlumat veriləcək.









Oxşar xəbərlər