Ərini aldadıb pullarını xərcləyən qadın ifşa olundu - Fırıldaq işlədib


  • 15:58 / 05 08 2022 |
  • Bölmə: Sosial


Avqustun 2-də Tovuz rayon Polis Şöbəsinə rayonun Aşağı Öysüzlü kəndində 1 nəfər maskalı naməlum şəxsin xanım vətəndaşın evinə daxil olaraq ona kəsici alətlə xəsarət yetirmısi barədə məlumat daxil olub.

“Rupor”un məlumatına görə, məlumatda maskalı şəxsin 35.000 manat pul və ümumi dəyəri 4000 manat olan qızıl zinət əşyalarını quldurluq yolu ilə ələ keçirməsi və evi yandırmağa cəhd etməsi bildirilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov sorğumuza cavab olaraq bildirib ki, polis əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb:

“Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində quldurluq hadisəsinin baş vermədiyi, vətəndaş S. Süleymanovanın uzun müddət ərzində həyat yoldaşına məxsus pulu xərclədiyi üçün yalan məlumat verdiyi məlum olub. Araşdırmalar zamanı xanımın özünə xəsarət yetirdiyi kəsici alət, yanıcı maddə, 2.743 manat, 900 ABŞ dolları  və 7500 rus rublu maddi sübut kimi aşkar edilərək götürülüb”.




Oxşar xəbərlər