Laçın dəhlizinə alternativ yolun inşası yekunlaşır - İlham Əliyev açıqladı


  • 23:39 / 05 08 2022 |
  • Bölmə: Sosial / Hadisə


Prezident İlham Əliyev üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq Rusiya Müdafiə Nazirliyi ilə əldə olunmuş razılaşmaya əsasən Laçın dəhlizinə alternativ yeni yolun marşrutunun müəyyən edildiyini, Azərbaycan tərəfindən bu yolun inşasının yekunlaşmaq üzrə olduğunu və yolun tikinti işləri bitəndən sonra Rusiya sülhməramlı qüvvələrinin də həmin yola dislokasiya olunacağını vurğulayıb.

“Rupor”un məlumatına görə, dövlət başçısı bu barədə Prezident Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı bildirib.



Oxşar xəbərlər