DİN yanında İctimai Şuranın toplantısı keçirilib


  • 20:33 / 06 08 2022 |
  • Bölmə: Sosial


Ictimai Şura polis idarələrinin Müvəqqəti saxlama yerlərinin monitorinqini davam etdirəcək, yol hərəkətinin təhlükəsizliyi ilə bağlı tədbirlər həyata keçirəcək
2022-ci il avqustun 5-də Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın növbəti toplantısı keçirilib.

İctimai Şuranın sədri Əliməmməd Nuriyev İctimai Şuranın son iclasında qəbul edilən qərarların icra vəziyyəti ilə bağlı məlumat verib: “İctimai Şura üzvləri  Polis günü ilə bağlı bir sıra tədbirlərə qatılıb. İctimai Şuranın sədri və sədr müavinləri Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan Polisi Gününə və 2021-2022-ci tədris ilinin buraxılışına həsr olunan tədbirdə iştirak edib. Bundan başqa Şura üzvləri Polis günü ərəfəsində təşkil olunan daha iki tədbirə qatılıblar.

İŞ-in məişət zorakılığı hallarına qarşı və narkomaniya əleyhinə mübarizə  məsələləri ilə bağlı keçirilməsi nəzərdə tutulan tədbirlərin bütün hazırlıq işləri yekunlaşıb. Tədbirlər sentyabr ayında həyata keçiriləcək”.
Ə.Nuriyev qeyd edib ki, “Polis orqanlarında müvəqqəti saxlama yerləri üzrə” monitorinq qrupu Bakı şəhəri Xətai və Qaradağ rayon polis idarələrinin Müvəqqəti saxlama yerlərində monitorinqlər keçirib.

“Polis orqanlarında müvəqqəti saxlama yerləri üzrə” monitorinq qrupunun rəhbəri Araz Nurməmmədov keçirilən monitorinqin nəticələri, Şura üzvü Mehriban Zeynalova isə Lənkəranda məktəblinin icra başçısının müavini tərəfindən döyülməsi faktı ilə bağlı həmin rayona etdiyi səfərlə bağlı məlumat verib.

Umümiyyətlə məişət zorskılıgı ilə baglı müraciətıərin artması  İçtimai Şura tərəfindən həmin müraciətlərə baxlması vəziyyətinin öyrənilməsi ilə baglı rayon ( şəhər) polis idarə və şöbələrində monitorinqlərin davamlı olaraq aparılmasını zəruri edir.

İctimai Şura , Şuranın. müracıət və şikayətlər üzrə monirorinq qrupu  tərəfindən müvafiq iş planı hazırlanaraq ilkin dövr üçün Bakı şəhərinin rayonları, sonrakı müddətdə isə ölkənin digər rayonlarında belə monitorinqlərin aparılması baradə qərar qəbul edildi.

Şura sədri bildirib ki, Şuranın Yol hərəkətinin təşkili və təhlükəsizliyinin Monitorinq Qrupunun Fəaliyyət Planı yaxın vaxtlarda təsdiqlənəcək, hazırda bu məsələ ilə bağlı DİN-lə müzakirələr aparılır. O, bildirib ki, Şura yol hərəkətinin təhlükəsizliyi ilə bağlı məsələləri diqqətdə saxlayır: “Təkcə son bir ay ərzində 100 nəfərə yaxın insanın yol qəzalarında həyatlarını itirməsi narahatlıq doğurmaya bilməz. İctimai Şura da ictimai əhəmiyyət kəsb edən və şəffaflığın təmin edilməsi üçün önəmli olan bütün məsələlərdə maraqlıdır. Bu səbəbdən hesab edirik ki, Şuranın Yol hərəkətinin təşkili və təhlükəsizliyinin Monitorinq Qrupunun Fəaliyyət Planı tezliklə təsdiq olunacaq və icrasına başlanılacaq”.

Bundan başqa iclasda ictimai qaydanın pozulması istiqamətində son zamanlar müşahidə olunan hadisələr müzakirə edilib. Qeyd edilib ki, bəzi xarici ölkələrin xüsusi xidmət orqanlarının əlinin olduğu bir sıra hadisələr ölkəmizin müstəqilliyinə və suverenliyinə yönəldilib.

Xüsusən, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə radikal dini qruplaşma üzvlərinin hücum etməsi, Məhərrəm ayı ilə bağlı bəzi hadisələr narahatlıq yaradır.  
İclasda İctimai Şuranın illik hesabatının strukturu müzakirə edilərək qəbul edilib.




Oxşar xəbərlər