Füzulidə 6 yaşayış binasının tikintisinə 14 milyon manat xərclənəcək


  • 12:53 / 08 08 2022 |
  • Bölmə: Sosial


Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus MİDA MMC Füzuli şəhərində 8,9 hektar torpaq sahəsində 1, 2, 3, 4, 5 və 6 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Rupor" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “El-Seym İnşaat” QSC və “SNT İnşaat Şirkəti” konsorsiumudur.

Qalib konsorsiuma 14,436 milyon manat ödəniləcək.



Oxşar xəbərlər