“Azəriqaz”: Səkinin ortası ilə çəkilmiş qaz xətti tam olaraq kənarlaşdırıldı


  • 13:05 / 08 08 2022 |
  • Bölmə: Sosial


Sosial şəbəkələrdə Bakıxanov qəsəbəsində səkinin ortası ilə çəkilən qaz xəttinin görüntüləri yayılıb.

“Rupor"un verdiyi xəbərə görə, bununla bağlı SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Facebook”da paylaşım edib.

O deyib ki, bu, həqiqətən də normal mənzərə deyil:

“Birlik olaraq bu məsələdən xəbərdar idik. Qaz xətti ərazidə fəaliyyət göstərən ticarət mərkəzlərindən biri üçün çəkilmişdi. Baxmayaraq ki, bu xətt podratçı şirkətlərdən birinin "əsəri" idi. Birlik olaraq vətəndaşları narahat edən bu problemin həllini öz üzərimizə götürdük. İki gün əvvəl problem aradan qaldırıldı. Xəttin səkinin ortası ilə çəkilmiş 105 metrlik hissəsi tam olaraq kənarlaşdırılıb. Videosunu da sizə təqdim edirik. Diqqət göstərən, problemi ictimailəşdirən şəxslərə təşəkkürümüz var!”, - o qeyd edib.



Oxşar xəbərlər