Bakı hava limanında elektrik təchizatı tam bərpa edildi


  • 09:23 / 11 08 2022 |
  • Bölmə: Sosial


Heydər Əliyev Beynəlxalq Aeroportunda elektrik təchizatı tam bərpa edilib.

Bu barədə “Rupor”a hava limanından bildirilib.

Məlumata görə, hazırda Bakı aeroportunun bütün infrastrukturu ştat rejimində fəaliyyət göstərir. Elektrik enerjisinin kəsilməsi təyyarələrin gəliş-gediş cədvəlinə ciddi təsir göstərməyib.

Enerji təchizatında yaranan problemlər səbəbindən aeroport operativ şəkildə ehtiyat enerji mənbələrinə keçirilmişdi.



Oxşar xəbərlər