Daxili işlər orqanlarında kadr dəyişikliyi oldu


  • 12:14 / 15 08 2022 |
  • Bölmə: Sosial



Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

"Rupor" oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Nəbi Məmmədov Bərdə Rayon Polis Şöbəsinin şəxsi heyət üzrə köməkçisi təyin olunub.

O, bu təyinata qədər Cəlilabad Rayon Polis Şöbəsində çalışıb.





Oxşar xəbərlər