Bakıda çoxmərtəbəli binada faciəvi hadisə baş verdi


  • 09:34 / 19 08 2022 |
  • Bölmə: Sosial


Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Rupor” xəbər verir ki, avqustun 18-i saat 15 radələrində Xətai rayonu, N.Əliyev küçəsi 10 ünvanında 1964-cü il təvəllüdlü Cabir Sadıqovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, qeyd edilən ünvanda inşa edilən 16 mərtəbəli yaşayış binasında qəlibçi işləyən C.Sadıqov binanın 9-cu mərtəbəsində iş görən zaman ehtiyatsızlıqdan yerə yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.



Oxşar xəbərlər