Qəlibçinin faciəvi ölməsi faktı ilə bağlı araşdırma aparılır


  • 10:02 / 19 08 2022 |
  • Bölmə: Sosial



Qəlibçinin yeni tikilən binadan yıxılaraq ölməsi faktı ilə bağlı araşdırma aparılır

Xətai rayon prokurorluğunun məlumatı

"Rupor" xəbər verir ki,Avqustun 18-i saat 15 radələrində Xətai rayonu, N.Əliyev küçəsi 10 ünvanında 1964-cü il təvəllüdlü Cabir Sadıqovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, qeyd edilən ünvanda inşa edilən 16 mərtəbəli yaşayış binasında qəlibçi işləyən Cabir Sadıqov binanın 9-cu mərtəbəsində iş görən zaman ehtiyatsızlıqdan yerə yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.

Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.



Oxşar xəbərlər