Gəncənin Azərbaycan küçəsində işıq niyə zəifdir? - Sakinlər şəbəkəni, şəbəkə sakinləri ittham edir


  • 10:30 / 05 09 2022 |
  • Bölmə: Sosial / Şikayət


Gəncə şəhəri, Azərbaycan küçəsi 97 A ünvanında yaşayan bir qrup sakin onlara verilən elektrik enerjisinin zəif gücdə olduğu ilə bağlı narazılıq edirlər. 

Bu barədə "Rupor"a müraciət edən sakinlər bildirirlər ki, Gəncə şəhər Rayon Elektrik Şəbəkəsinə  etdikləri müraciətlər nəticə vermir. 

Onlar işıq idarəsi rəsmisinin cavabı əks oluna səs yazısını da göndəriblər. Səs yazısında qarşı tərəf vurğulayır ki, işığın zəif olacağını önxədən sakinlərə deyiblər və onlar "nə olur olsun, təki işıq olsun" deyərək nəticədə belə bir vəziyyətin yaranmasına səbəb olublar:

 "Biz sizə dedik ki, həmin əraziyə transformator qoyulmalıdır. O qədər şikayət etdiniz ki, sizə tez bir zamanda işıq çəkdilər, halbuki bir az gözləsəydiniz, o yer layihələndirilmişdi, sizə normal işıq çəkiləcəkdi".  

Sakinlər problemlə bağlı daha yuxarı instansiyalara şikayət etməyə hazırlşaırlar.



Oxşar xəbərlər