Cəbhə jurnalistlərini unutmayın, Mətbuat Şurası - Şöhrət Eyvazovdan qurultaya mesaj


  • 09:26 / 23 09 2022 |
  • Bölmə: Sosial


Qarabağ Media Assosiasiyasının aşaqıda göstərilən təkliflərinin Azərbaycan Jurnalistlərinin VII Qurulytayında iştirak edəcək şəxslərin nəzərə alması rica edilir:


• Əminik ki, bu dəfə İdarə Heyətinə Cavanşir Feyziyev kimi “ictimaiyyət nümayəndələri” seçilməyəcək.  2018-ci ildə  əsas və ehtiyat İdarə Heyətinə seçilmiş üzvlərin - Mushfiq Alasgarli Azer Hasret Umud Mirzayev Yadigar Mammadli və Elshad Eyvazli  yenidən seçilməsini arzulayır və ümid edirik. Adlarını çəkdiyimiz şəxslərin Qarabağ bölgə mediasının problemləriylə maraqlandıqlarını unutmuruq və Qarabağ Media Assosasiyası olaraq hər çür dəstəyə də hazırıq!
• Yeni namizədlərdən isə  -    
Ceyhun  Musaoğlu Aqil Camal Vüqar Zifəroğlu və Azər Sarıyevi dəstəkləyir və İdarə Heyəti üzvlərinin siyahısında görəcəyimizə inanırıq!
• Ümid edirik ki, yeniləşən heyət regional media, o cümlədən Qarabağ bölgə mediasıyla bağlı layihələrə üstünlük verəcək! Azərbaycan Mətbuat Şurasının tərkibində 7 komissiyadan ən çox  Sosial və Regional mətbuatın inkişafı üzrə Komissiyaya layiqli şəxslərin seçilməsini arzulayırıq. Bildiyimiz kimi, Sosial komissiya jurnalistlərin sosial durumu ilə bağlı vəziyyəti öyrənir, onların məişət qayğılarının müəyyənləşdirilməsi və həlli yollarına dair təkliflər hazırlayır və İdarə Heyətinə təqdim edir,  Regional mətbuatın inkişafı üzrə Komissiya isə  vaxtaşırı olaraq bölgə qəzetlərinin say və keyfiyyət göstəricilərinə dair monitorinqlər keçirir, nəticələri qruplaşdıraraq İdarə Heyətinə rəy hazırlayır və regionlarda mətbuatın inkişafına yönələn layihələrin müəyyənləşdirilməsini həyata keçirir.

Azərbaycan Jurnalitlərin VII Qurulytayına işində uğurlar və medianın inkişafı istiqmətində zəruri qəraraların qəbul etməsini arzulayırıq!





Oxşar xəbərlər