Bir gündə 73 cinayət hadisəsinin üstü açılıb


  • 12:01 / 23 09 2022 |
  • Bölmə: Sosial / Hadisə


Daxili İşlər nazirliyinin Mətbuat xidməti ötən gün üstü açılan cinayət hadisələrinin sayı ilə bağlı məlumat yayıb. 

"Rupor"a daxil olan məlumatda bildirilir: 
 
Sentyabrın  22-də ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 71, o cümlədən borclu şəxs qismində axtarışda olan 47 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.




Oxşar xəbərlər