“Yüksəliş” müsabiqəsinin qalibinə vəzifə verildi


  • 16:36 / 26 09 2022 |
  • Bölmə: Sosial / Hadisə


İkinci “Yüksəliş” müsabiqəsinin qalibi Nərgiz İsmayılovaya yeni vəzifə verilib.

"Rupor"un xəbərinə görə, o, Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması və biznesin inkişafı şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, N.İsmayılova 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq ticarət ixtisası üzrə bakalavr, 2014-2016-cı illərdə isə ADA Universiteti ilə Maastrixt Biznes Məktəbinin (Niderland) müştərək EMBA (Biznes inzibatçılığı) ixtisası üzrə magistr təhsili alıb.
İnstitusional quruculuq, təşkilati transformasiya, layihə idarəetmə sistemlərinin qurulması sahəsində müxtəlif həcmli proqram və layihələrin idarə olunması üzrə 10 ildən artıq təcrübəyə malikdir. Layihələrin İdarə Olunması İnstitutunun (Project Management Institute – PMI) Azərbaycan nümayəndəliyinin həmtəsisçisi və İdarə Heyətinin üzvüdür. N.İsmayılova II “Yüksəliş” müsabiqəsinin qalibidir.




Oxşar xəbərlər