AMEA-nın yeni strukturu təsdiqləndi


  • 16:32 / 30 09 2022 |
  • Bölmə: Sosial / Hadisə


Azərbaycan Milli Elmlər Akademiyasının yeni strukturu təsdiqlənib.

“Rupor” xəbər verir ki, bununla bağlı Baş nazir qərar imzalayıb.
 
Qərar Prezidentin “Azərbaycan Respublikasında  elm və təhsil sahəsində  idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci ildə imzalanmış Fərmanının 6.3-cü bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb. 

Qərara əsasən AMEA-nın yeni strukturunda 22 elmi müəssisə fəaliyyət göstərəcək. Akademiyanın  işçilərinin say həddi 3 510 nəfər müəyyənləşdirilib. Ümumilikdə Akademiyanın idarəedilməsi və maliyyə məsrəfləri optimallaşdırılıb.




Oxşar xəbərlər