Tapılan insan sümükləri ilə bağlı qazıntı işləri aparılacaq


  • 10:00 / 05 10 2022 |
  • Bölmə: Sosial


“Xocavənd rayonunun Edilli kəndi ərazisində 3-4 gündən sonra qazıntı işləri yenidən davam etdiriləcək”.

Bu barədə "Report"un Xocavəndə ezam olunmuş əməkdaşına Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, kəndin digər ərazilərində də qazıntı işləri aparılacaq.

O da bildirilib ki, 12 hərbçiyə aid olduğu ehtimal edilən qalıqlar aşkarlanmış ərazidən bu gün və sabah götürüləcək.

Bunu açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.

Onun sözlərinə görə, baxış protokolu başa çatdırılandan sonra əraziyə qutular gətiriləcək:

“Daha sonra qalıqlar qutulara şəxsi əşyaları, nömrələri ilə qoyulacaq. Sonra isə Hərbi Prokurorluğun qərarları ilə birlikdə maddi sübutlar Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin kriminalistika şöbəsinə təqdim ediləcək. Müayinələr bitdikdən sonra skelet sümükləri və faktlar xüsusi qutularda xüsusi şəraitdə saxlanılacaq”.





Oxşar xəbərlər