İtkin düşmüş 4 min azərbaycanlının genetik profili yaradılıb


  • 11:40 / 06 10 2022 |
  • Bölmə: Sosial


“İtkin düşmüş 4 min vətəndaşımızın hər birinin 3 yaxınından genetik materiallar götürülüb. Artıq onların hər birinin genetik profili hazırdır”.

Bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinə məlumat verərkən deyib.

Onun sözlərinə görə, aşkar edilmiş bütün sümük qalıqları xüsusi depolarda saxlanılır: “Prezidentin tapşırığına əsasən, itkin düşmüş bütün şəxslərin axtarışı sonuncu tapılana qədər davam edəcək”. (Report)




Oxşar xəbərlər