Polkovnik Elnur Məmmədov həbs edildi


  • 15:18 / 06 10 2022 |
  • Bölmə: Sosial / Hadisə


Ehtiyatda olan polkovnik Elnur Məmmədov həbs edilib.

"Rupor" "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə ona hökm oxunub. Hökmə əsasən, E.Məmmədov 6 ay müddətə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, Müdafiə Nazirliyinin hüquq departamentinin rəisi Elçin Əliyev Elnur Məmmədova qarşı xüsusi ittiham qaydasında şikayət verib. Polkovnik Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) təqsirli bilinib.

Qeyd edək ki, Elnur Məmmədov son günlərdə sosial şəbəkələrdə Müdafiə Nazirliyinin rəhbərliyini, o cümlədən Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilovu tənqid edib, bir sıra iddialar irəli sürməklə gündəmə gəlmişdi. Müdafiə Nazirliyi isə açıqlama yayaraq, E.Məmmədovun nazirliklə bağlı iddialarını yalanlamışdı.





Oxşar xəbərlər