“Location” klubdakı partlayışa görə cəza aldılar


  • 18:00 / 06 10 2022 |
  • Bölmə: Sosial


Bakıda 4 nəfərin ölümü ilə nəticələnən “Location” klubdakı partlayışla bağlı məhkəmə yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, klubun meneceri Orxan Səfərli 4 il, administrator Rəsul Rəsulov 5 il, FHN-in ərazi inspektoru Ruslan Məmmədov 4 il müddətə azadlıqdan məhrum edilib. R.Məmmədovun cəzası şərti hesab edilərək o məhkəmə zalından azadlığa buraxılıb. O.Səfərli və R.Rəsulov isə cəzalarını məntəqə tipli cəzaçəkmə müsəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə bu il aprelin 3-də "Tarqovıy" adlanan ərazidə baş verib. Partlayış nəticəsində bir nəfər hadisə yerində, 3 nəfər isə sonradan xəstəxanada ölüb. 

Partlayışda 34 nəfər yaralanıb, 14 avtomobil, bir mənzil və iki qeyri-yaşayış obyektinə ziyan dəyib.

İstintaq müəyyən edib ki, obyektin mətbəxində qanunsuz olaraq, mövcud qaydaları pozmaqla propan qazının sıxılmış mayesi ilə dolu qaz balonundan istifadə edilib. Həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olub. ("Qafqazinfo")






Oxşar xəbərlər