Ehtiyatda olan zabitdən Emmanuel Makrona təklif


  • 21:28 / 02 10 2020 |
  • Bölmə: Sosial


Hər bir azərbaycanlı kimi mən də Fransa Prezidentinin Dağlıq Qarabağ münaqişəsilə bağlı açıqlamasına biganə qala bilmədim.Bu, onun Minsk Qrupunun həmsədr ölkəsi kimi neytrallığına çox böyük sübhə yaradır və qəbuledilməzdir.Azərbaycan 30 ilə yaxındır ki, həmsədr ölkələrdən, o cümlədən Fransa dövlətindən və prezidentlərindən Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı cavab gözləyir.Ancaq  bu müddət ərzində onlar nəinki susqun qalıb,hətta Ermənistanın azğınlıqlarına göz yumublar.

Makronun bu günkü çağırışına gəlincə isə,nəinki Azərbaycan dövləti ,xalqı və siyasi rəhbərliyi, vicdanı ,vətən sevgisi ,ədaləti olan istənilən ölkənin vətəndaşı biganə qala bilməz. Dəfələrlə demişik ,yenə də uca səslə dünyaya  bəyan edirik–Azərbaycan öz torpaqlarını erməni işğalçılarından azad etmək uğrunda mübarizə aparır,öz torpaqlarında zorla müharibəyə cəlb olunub ,bu günə kimi bir milyon məcburi köçkünü var , öz torpağında yüzlərlə şəhid verib ,əsrin faciəsi olan Xocalı soyqırımını yaşayıb .Bütün bunlar Ermənistanın təcavüzkar siyasətinin nəticəsidir.Biz erməni xalqı ilə müharibə aparmırıq,ərazi bütövlüyümüz uğrunda mübarizə aparırıq.

Beynəlxalq hüquq norma və prinsiplərini pozan Ermənistanla daim danşıqlara hazır olmuşuq və birtərəfli şəkildə atəşkəsi qorumuşuq. İmzaladığımız hər bir sənədin şərtlərinə məsuliyyətlə əməl etmişik. Ermənistanın işğalçı dövlət olduğunu göstərən,Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu vurğulayan BMT Təhlükəsizlik Şurasının bəyannamələri ,hamılıqla tanınan beynəlxalq hüquq norma və prinsipləri var.Fransa həmsədr ölkəsi kimi bu bəyannamələrin qəbul edilməsində iştirak edib.İndi belə çıxır ki,Makron BMT TƏHLÜKƏSİZLİK ŞURASININ  qətnamələrini heçə sayır.Bu isə hazırki şəraitdə Fransanın indiki rəhbərliyinin ermənipərəst mövqeyni bir daha sübut edir.Həmçinin Minsk qrupunda Fransanın həmsədr kimi fəaliyyətini açıq –aydın sual altında qoyur.30 ilə yaxındır ki,münaqişənin sülh yolu ilə həll edilə bilməməsinin səbəbi elə məhz bu kimi yanaşmalar olub.Əks təqdirdə regionda sülh çoxdan bərqərar olardı.Beynəlxaq hüququ heçə sayan Minsk qrupu həmsədr ölkənin prezidentindən sülhü təmin etməyi gözləmək nə dərəcədə  döğru olar?

Məhz bu cür hallar hər zaman Ermənistanın azğınlaşmasına gətirib çıxarmış,münaqişənin bu qədər uzanmasına səbəb olmuşdur.Artıq geriyə yol yoxdur. Bu haqq işi vətən müharibəsinə çevrilmiş,hər bir vətəndaşın hər an canından keçməyə hazır olduğu şərəf,qürur məsələsinə çevrilmişdir.Son damla qanımıza qədər vuruşub torpaqlarımızı azad edəcəyimiz gün gəlib çatmışdır  və bu haqq yolundan bizi heç bir qüvvə döndərə bilməz.

Fransa hazırki şəraitdə neytrallığını qorumalı və tərəfkeşlik etməməlidir,erməni lobbisinin təsirinə məruz qalmamalıdır.

Son olaraq cənab Makrona belə bir sual verərdim :əgər onun vətənində bu hadisələr baş versəydi bizim qədər təmkinli qala bilərdimi? 

Elə isə Azərbaycan vətəndaşı olaraq mən də cənab Makrona təklif edirəm ki,o halda Fransanın qərəzsizliyinə inanarıq ki, 3 gün ərzində Ermənistan ordusunun Azərbaycan ərazisindən dərhal, qeyd-şərtrsiz çıxarılmasına nail olsun. Bu halda bütün şəhidlərimiz kimi,Fransanın Milli Qəhrəmanı Əhmədiyyə Cəbrayılovun da ruhu şad olar.

Əks təqdirdə, Azərbaycan Respublikasının Prezidenti ,Ali Baş Komandan cənab İlham Əliyev demişkən: “Son qarış torpağımızı azad edənədək ərazi bütövlüyümüz uğrunda mübarizədən geri çəkilməyəcəyik. Biz öz torpağımız uğrunda vuruşuruq,yolumuz haqq yoludur!Əgər erməni əsgəri ölmək istəmirsə Azərbaycan torpağında döyüşməsin!”

Nəsimi  rayon sakini, 
ehtiyatda olan zabit Çingiz Dadaşov.





Oxşar xəbərlər