Zəngilana mahnı həsr olundu - Foto - Video


  • 10:04 / 31 12 2020 |
  • Bölmə: Video


“Elimdən yurdumdan ayrı yaşamaq,
Çox çətin gəlirdi mənə, Zəngilan.
Bitdi 27 illik həsrətin,
Biz sənə gəlirik yenə Zəngilan.”


Bu şeir parçası 27 il Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan və 2020-ci il 20 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin xalqa etdiyi müraciətində Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunan Zəngilan rayonuna həsr olunub.
Belə ki, şeirin müəllifi Ülvi İbadlı, müğənni-bəstəkar Sevinc Bəyaz və müğənni Nərgiz Hüseynli birgə yeni yaradıcı iş ərəsəyə gətiriblər. Vətənpərvərlik ruhunda bəstələnən “Zəngilan” adlı mahnıya çəkilən klip həm dinləyicilərin, həm də izləyicilərin böyük marağına səbəb olub.
Arxiv kadrlardan istifadə olunan klipin rejissoru Ravin Alıyev, operatoru isə Kənan Ravinoğludur. Klipdə dron çəkilişlərindən də istifadə olunub: çəkilişi həyata keçirən Ülvi Ravinoğludur.
Mahnının aranjeman müəllifi Rəşad Hüseynova məxsusdur.
Məlumat üçün bildirək ki, əslən Zəngilan rayonundan olan müğənni Nərgiz Hüseynli mərhum sənətçi, əməkdar artist Məhəbbət Kazımovun tələbəsi olub.








Oxşar xəbərlər