
Türkiyənin ingilis dilində yayımlanan beynəlxalq xəbər kanalı - “TRT World” Azərbaycanla Ermənistan arasında baş vermiş 44 günlük Vətən Müharibəsinə həsr edilmiş xüsusi veriliş hazırlayıb.
"Rupor" Musavat.com-a istinadən edərək, bildirik ki, Qarabağdakı son hadisələrə həsr edilən verilişdə müharibənin necə başlaması, onun mülki insanlara vurduğu zərər və 44 günlük müharibənin regionun gələcək taleyinə təsirlərindən bəhs olunur.
