İrandakı zavodda partlayış - 150 yanğınsöndürən maşın gəldi


  • 13:30 / 02 05 2021 |
  • Bölmə: Video
Bu gün İranın Qum şəhərindəki kimyəvi zavodda böyük yanğın və partlayışlar olub.

"Rupor" İran mətbuatına istinadən xəbər verir ki, bunu vilayət yanğınsöndürmə idarəsinin sözçüsü Həmid Kureimi deyib.

O bildirib ki, yerli vaxtla 06.02-də Moldan kimya zavodundakı sənaye bölgəsində güclü bir yanğın baş verib. Yanğın partlayışlarla müşayiət olunub və sürətlə yayılıb, 150 yanğınsöndürən və 20 maşın hadisə yerlərinə cəlb olunub. Zavodun bir hissəsi başqa yerə köçürülüb.

Hadisə yerinə gələn yanğınsöndürən maşınlar da zədələnib və iki yanğınsöndürən xəsarət alıb. 

Hadisə ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.



Oxşar xəbərlər