Bakının çıxışında böyük tıxac - Video


  • 18:59 / 13 06 2020 |
  • Bölmə: Video


Bu gün Bakının çıxış nöqtələrində böyük tıxac yaranıb. 

"Rupor"un "Qafqazinfo"ya istinadən məlumatına görə, tətbiq olunacaq iki günlük sərt karantin rejimi ilə əlaqədar rayonlarla üz tutmaq istəyənlər saatlarla tıxacda qalıblar.

Tıxac, əsasən, Bakı-Ələt postunda müşahidə edilib.

Xatırladaq ki, 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gənсə, Sumqayıt, Lənkəran, Abşeron, Salyan, Kürdəmir, Yevlax, İsmayıllı şəhər və rayonlarının ərazisində sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləсək. 

Baş Dövlət Yol Polis İdarəsi bununla əlaqədar rayon qeydiyyatı olmayan, o cümlədən Bakı şəhərini tərk etməyə icazə olmayanların rayona getməmələri barədə çağırış etmişdi.





Oxşar xəbərlər