29 il əvvəl məcburən tərk etdikləri evlərini tapdılar... – “Biz qayıtdıq”


  • 17:04 / 16 10 2021 |
  • Bölmə: Video




Xocavənd rayonunun Tuğ kəndindən erməni işğalçıları tərəfindən zorla çıxarılan Qaraşovlar ailəsi 29 il 7 ay sonra kəndlərinə qayıdıb.
 
"Rupor" xəbər verir ki, AzTV bir ailənin qayıdışı timsalında Qarabağa böyük qayıdışı özündə əks etdirən “Biz qayıtdıq” adlı film hazırlayıb.
 
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, illər sonra doğma kəndinə dönən ailə üzvləri əvvəlcə Tuğun tarixi-dini məkanlarına baş çəkib, xatirələrini bölüşüblər. 
 
Daha sonra məcburi tərk etdikləri evlərinə yollanıblar. Onların hissləri filmdə anbaan əks olunub, fikirlərinə yer verilib.
 
Qaraşovlar ailəsi kəndlərinə qayıda bildikləri üçün Prezident, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna təşəkkürünü bildiriblər. 
 
Sənədli filmdə Tuğ kəndinin təbiətindən də bəhs olunub. 
 
“Biz qayıtdıq” sənədli filminin ssenari müəllifi və rejissoru Etibar Məmmədov, operatoru Ramin Şahbazov, redaktoru Yusif Şeyxovdur. 
 
Film oktyabrın 16-sı saat 16:30-da AzTV-də yayımlanacaq. 







Oxşar xəbərlər