11 aylıq körpə xizək sürdü - Video


  • 13:14 / 20 11 2021 |
  • Bölmə: Video / Bilgi


Çinin Hebey əyalətində qeyri-adi hadisə yaşanıb.

BAKU.WS xəbər verir ki, ailəsi ilə birlikdə qış turizm mərkəzlərindən birinə yollanan 11 aylıq körpə hər kəsi təəccübləndirib. Vanq Yuji adlı balaca qız yeriyə bilmədiyi halda snoubord sürməyə başlayıb.

Onun bu halını görənlər sözün əsl mənasında şoka düşüb. Yujinin valideynləri onun ilk gündən rahatlıqla xizək sürməyə öyrəşdiyini və bunun onu çox əyləndirdiyini bildiriblər.

Körpənin əyləncəli görüntüləri böyük izləyicisi olan onlayn platformalarda paylaşılıb. Video sosial şəbəkə istifadçiləri tərəfindən maraq və rəğbətlə qarşılanıb. Balaca Yuji qısa müddətdə hamının sevilmlisinə çevrilərək fenomen olub.






Oxşar xəbərlər