Ana iki yaşlı uşağını oğurlayanı tanıyır - Video


  • 10:27 / 31 12 2021 |
  • Bölmə: Video / Hadisə




 
Bakının Sabunçu rayonunda iki yaşında uşağın oğurlanması hadisəsi başilə bağlı xəbər yayılıb.

"Rupor" xəbər verir ki, bu iddia ilə uşağın anası - Kürdəmir sakini Reyhan Şıxəliyeva "Xəzər TV"-yə açıqlamasında bildirib.   

Ananın dediyinə görə hadisə belə olub: iki yaşlı oğlu dörd övladının gözü qarşısında yaşadığı evdən oğurlanıb. Bu barədə ona həyat yoldaşı zəng edib deyib. 

Reyhan Şıxəliyevanın sözlərinə görə, həmin qadın əvvəllər onların kirayədə qaldıqları ünvana gələrək, həm onlara, həm də ətrafda yaşayanlara sosial yardım veriləcəyi adı ilə siyahıya alıb.

Hadisədən sonra uşağın valideynləri "102" xidmətinə məlumat veriblər. Hadisə yerinə ərazi üzrə 12-ci Polis Şöbəsinin əməkdaşları gəlib, valideynlərin şikayət ərizəsini alıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, uşağın tapılması istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri həyata keçirilir.



Oxşar xəbərlər