Lerikdə məmurların su borularını satması iddiası yalan çıxdı - Araşdırma + Video


  • 22:49 / 08 01 2022 |
  • Bölmə: Video


Lerik yolunda dəmir su borularının kəsilib satılması iddiasını əks etdirən videosüjet yayılıb. 

Акиф Алиев adlı Facebook hesabında təqdim olunan iddiada "Lerikdə yenə özbaşınalıq. Məmurlar tərəfindən ogurlanan su borularının təqribi məbləgi- 960 000 man. və daha cox..." təqdimatından belə görünür ki, avtomobilinə quraşdırdığı videoreqistrator vasitəsi ilə yol boyu çəkiliş edən şəxs boruların hissələrə ayrıldığını əsas gətirərək, icra məmurlarına qarşı ittihamlar səsləndirir, dövlət əmlakının mənimsənildiyini bildirir  

"Rupor" bu ittihama aydınlıq gətirmək məqsədilə kiçik araşdırma aparıb. 

Məlum olub ki, 16 km-lik Qosmalian-Lerik yüksək təzyiqli su kəməri 1996-cı ildə rayonun daxili imkanları hesabına rayon icra hakimiyyəti tərəfindən çəkilib. Sonradan su kəməri “Azərsu” ASC-nin balansına verilib. Prezidentin tapşırığına əsasən Dünya Bankının maliyyə dəstəyi ilə 2018-ci ildə Lerik şəhərinə yeni su xətti çəkilib, şəhərdə kanalizasiya şəbəkəsi qurulub. 1996-cı ildə inşa edilmiş su kəməri isə istifadəsiz qalıb.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin rayon icra hakimiyyətinə etdiyi 07/01-5/4/20340 nömrəli, 17 dekabr 2021-ci il tarixli müraciətində “Azərsu” ASC-nin 3 №-li Regional Sukanal İdarəsinin Lerik sukanal sahəsi üzrə balansından silinib, lakin sökülməmiş müxtəlif diametrli su və kanalizasiya boru kəmərlərinin (polad, çuqun, azbest) çıxarılmayan hissələrinin 01 aprel 2022-ci il tarixə qədər çıxarılması və daşınması işləri “Azərsu” ASC ilə “İZİ” MMC arasında 11 noyabr 2021-ci il tarixli LSLC-2021/97 nömrəli müqavilənin bağlanması barədə məlumat verilir, boruların sökülməsinin “İZİ” MMC tərəfindən həyata keçiriləcəyi bildirilir. 











Oxşar xəbərlər