Rus qazaxa tarix boyu düşmən olub - Filmfakt - Video + 1919-cu il


  • 19:33 / 09 01 2022 |
  • Bölmə: Video / Hadisə


Rusun türkə potensial nifrətini göstərən növbəti fakt 1975-ci ildə çəkilən "Çöl gurultusu" -  "Степные раскаты" filminin dili ilə 


Ağ qvardiyaçılardan ibarət sülhməramlılar 1919-cu ildə Qazaxıstanda. İşğalçı rus generalı ilə vətənini müdafiə edən qazax hərbçisi arasında dialoq: 

- Rus generalı: "Bizim kiçik səhvimiz olan kimi siz qonşu aullardan gələn vəhşilərin hesabına genişlənəcəksiz (türk xalqlarını nəzərdə tutur - red)".

- Qazax hərbçisi: "Xahiş edirəm mənim milli ləyaqətimə toxunmayasız, mən qazaxam. Millətimi və xalqımı təhqir etməyin".

- Rus generalı: "Sus. Mən sənin üçün salonlarda danışılan anekdotdakı generallardan deyiləm, mən əsgərəm. Hər şeyi öz adıyla çağırmağa öyrəşmişəm. Sən bu alasarın (dağlıq ərazidə yaşayan sakinlərdən yaradılan hərbi birləşmə - red) bacarıqsız rəhbərlərindən birisən. Biz də sizə baş qoşmağa məcburuq. Xalq... millət...

Ləman Ceyhunqızı 



Oxşar xəbərlər