Boris Consonun rəqsi etirazlara səbəb oldu - Video


  • 11:07 / 15 01 2022 |
  • Bölmə: Video / Dünya


Sosial şəbəkələrdə Böyük Britaniyanın Baş naziri Boris Consonun rəqs etdiyini əks etdirən görüntülər yayılıb. 

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, nə zaman çəkildiyi dəqiq bilinməsə də, görüntülər ölkə ictimaiyyətində kəskin etirazlara səbəb olub. Belə ki, son zamanlar siyasətçinin karantin qaydalarına əməl etməməsi ilə bağlı qalmaqal yaranıb və bu səbəbdən Consonun əylənməsi ilə bağlı növbəti video qınanılıb. 

Videodan Boris Consonun London Assambleyasının keçmiş üzvü Janett Arnoldla rəqs etdiyini görmək mümkündür. “Huff Post” nəşrinin jurnalisti Henri Dayer isə bu videonun 2013-cü ildə Boris Consonun Londonun meri olduğu dövrdə çəkildiyini ehtimal edir. 

Xatırladaq ki, bundan əvvəl Boris Consonun ofisi kraliça II Yelizavetadan əri, hersoq Filip Mauntbettenin dəfnindən bir gecə əvvəl keçirilən ziyafətə görə rəsmi üzr istəyib. Boris Conson isə 2020-ci ilin mayında lokdaun dövründə keçirilən şənliklərə görə ictimaiyyətdən üzr istəmişdi.







Oxşar xəbərlər