Hərbi geyimlərini çıxarmayanlar cərimələnəcəklər - VİDEO


  • 10:19 / 18 01 2022 |
  • Bölmə: Video / Hadisə


"Qanunvericilik hərbi xidmətdən tərxis olunan hərbi xidmət qulluqçularına həmin geyimlərin daşınmasına görə 300 manatdan 500 manata qədər cərimə nəzərdə tutur".

"Rupor" xəbər verir ki, bu fikirləri REAL TV-yə açıqlamasında hərbi ekspert Ədalət Vəliyev bildirib. 

Müharibənin başa çatmasından bir ildən artıq vaxt keçməsinə baxmayaraq, yenə də regionlarda və Bakıda hərbi geyimli şəxslərə rast gəlinməsi ictimaiyyətin qınağına səbəb olub. Bəzi hallarda belə geyimlərdən sui-istifadə halları yaşanır ki, bu da nəticədə qanunların ciddi şəkildə pozulması deməkdir. 

Hərbi ekspert hesab edir ki, bu faktların qarşısını almaq üçün həmin cərimələrin polis orqanları və hərbi polis orqanları tərəfindən tətbiq edilməsinin zamanı çatıb:

"Daha əvvəllər də şahidi olmuşuq ki, bir qrup insan bu hərbi geyimlərdən həm də xoşagəlməyən hallar üçün istifadə edirlər. Geyim formalarının mağazada satılmasına müəyyən məhdudiyyətlər qoyulmalıdır”.




Oxşar xəbərlər